Qarabağ Universitetində I qrupda ən yüksək göstərici riyaziyyat müəllimliyi ixtisası üzrə olub

Qarabağ Universitetinə qəbulun nəticələrinə əsasən, I qrupda ən yüksək nəticə 659,9 balla riyaziyyat müəllimliyi ixtisasında qeydə alınıb.

QİA.az xəbər verir ki, bu barədə Universitetdən AZƏRTAC-a bildirilib ki, bu qrupda orta qəbul balı 475,5 təşkil edib.

Birinci qrupda 6 ixtisas (riyaziyyat müəllimliyi, elektrik və elektronika mühəndisliyi, inşaat mühəndisliyi, kompüter mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, mexatronika və robototexnika mühəndisliyi) üzrə Qarabağ Universitetinə ümumilikdə 290 nəfər qəbul olub.

Oxşar Xəbərlər