Qarabağ zəfərinin Azərbaycan və dünyaya gətirəcəyi faydalar zaman keçdikcə hiss olunacaq – Türkiyə Prezidenti

İyn16,2021

Qarabağ zəfərinin Azərbaycan və dünyaya gətirəcəyi faydalar zaman keçdikcə hiss olunacaq.

QİA.AZ“ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin xüsusi iclasında çıxışı zamanı deyib.

Türkiyə Prezidenti bildirib ki, bu zəfərdən kimsə rahatsız olmasın, çünki bu zülmün deyil, sülhün zəfəridir: “Qarabağın hər küncünə hüzur hakim olub. Azərbaycanlı qardaşlarımız yuvalarına dönəcək. Gələcəkdə buraya yenə gələndə azərbaycanlı qardaşlarımızın öz doğma yurdlarına qayıtmasını görmək bizi şad edəcək. Hazırda yollar sürətlə tikilir, infrastruktur bərpa olunur və bizlər də bölgədə məktəb, xəstəxana və buna bənzər bir çox binalar tikəcəyik”.

Oxşar Xəbərlər