Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən bu gün işğaldan azad olunan Qarabağda yeni hava limanları tikilir və lahiyələşdirilir.
Bu il Füzuli Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur. Lakin 1-ci Qarabağ müharibəsi zamanı bu hava limanları döyüş bölgəsi zonasında yerləşirdi və oraya uçuş yerinə yetirmək son dərəcə təhlükəli idi.
Azərbaycanın əməkdar pilotları Ədalət Alışov və Ramiz Hidayətov 1990-cı illərin əvvəllərində Füzuli və Ağdam üzərindən uçanların sırasında idi. Bu gün onlar hər şeyin necə baş verdiyindən danışırlar.