Qarabağda atəşkəs pozuntuları qeydə alınmayıb – Rusiya MN də erməni KİV-in iddialarını təkzib etdi

Yan13,2021

Rusiya sülhməramlıları atəşkəs rejiminin pozulduğunu qeyd etməyiblər.

QİA.AZ xəbər verir ki, bunu Rusiya Sülhməramlı Tərəflərin Barışıq Mərkəzi rəhbərinin müavini Dmitri Perepelkin bildirib.

Onun sözlərinə görə, təmas xəttində və Laçın dəhlizində yerləşdirilmiş 27 müşahidə postunda bölgədəki vəziyyətə gecə-gündüz monitorinq aparılır: “Atəşkəs pozuntuları qeydə alınmayıb”.

Qeyd edək ki, bu gün erməni KİV-ində Azərbaycan Silahlı Qüvvələrinin atəşkəsi pozması və nəticədə erməni əsgərinin yaralanması barədə məlumatı yayılıb.

Oxşar Xəbərlər