Ermənistanın işğalından azad olunan Cəbrayıl rayonu ərazisində ötən gün aparılan axtarış zamanı daha 8 erməni hərbçinin qalıqları tapılıb.“QİA.AZ” xəbər verir ki, bunu qondarma rejimin “Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti” açıqlayıb.Meyitlər tanınmaz halda olduğu üçün kimliklərini müəyyənləşdirmək mümkün olmayıb. Ona görə də məhkəmə-tibbi ekspertizanın aparılması lazım olacaq.Axtarış işləri bu gün Xocavənd, Hadrut və Cəbrayıl ərazisində davam etdiriləcək.
Qeyd edək ki, yanvarın 28-dək döyüş bölgəsindən 1 329 erməninin qalıqları aşkarlanıb. Onlardan 15-i mülki vətəndaşdır.