Dağlıq Qarabağda erməni hərbçi intihar edib.
QİA.AZ “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 15 dekabr saat 14:00-da Qarabağdakı döyüş mövqelərinin birində erməni hərbi hissələrindən birinin hərbi qulluqçusu əsgər Vahe Ovannesoviç Babayanın cəsədi aşkar olunub.
Əsgərin ölümü faktı ilə əlaqədar Ermənistan Cinayət Məcəlləsinin 360.1-ci (ehtiyatsızlıqdan hərbi qulluqçunun intihara məcbur edilməsi) maddəsi ilə cinayət işi başlanılıb.
İlkin araşdırmalar aparılır.