Qarabağda erməni əsgər ölüb

Yan13,2021

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində qalan hərbçilərindən biri ölüb.

“QİA.AZ” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

19 yaşlı əsgər Radik Tatosyanın ürək-ağciyər çatışmazlığından öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər