Qarabağda artıq ilk ağıllı kəndimizin bərpası yekunlaşmaq üzrədir.
Bunu kənd təsərrüfatı naziri İnam Kərimov “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” elmi-praktik konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, bölgədə Araz vadisi və Ağdam sənaye parklarının yaradılması kənd təsərrüfatının inkişafına da mühüm təsir göstərəcək.
“Torpaqlarımızın azad edilməsi bu ərazilərin aqrar potensialından istifadə etmək vəzifəaini qoyub. Buarda ən müasir aqrar innovasiyalar tətbiq olunur. Azad olmuş ərazilərdə quruculuq işləri ağllı kənd və ağıllı şəhər konsepsiyası əsasında aparılır. Minalardan təmizlənmiş ərazilərdə payızlıq və yazlıq əkinlər aparılıb. Azad olunmuş ərazilərdə heyvan xəstəliklərindən azad zonaların yaradılması üzrə aidiyatı qurumlarla birgə iş aparılır”, – nazir deyib.