Cəbrayıl və Füzulidə aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində itkin düşmüş daha 5 hərbi qulluqçusunun meyiti aşkarlanıb.
Bu barədə QİA.AZ Ermənistan mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, bununla da noyabrın 13-dən Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan axtarışlar zamanı meyiti tapılan ermənilərin sayı 1 523 nəfərə çatıb. Axtarışlar yaxın günlərdə davam etdiriləcək.