“Qarabağ” daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb.
“QİA.az” klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi müdafiəçi Bədavi Hüseynovun sözləşməsinin müddətini 2 il uzadıb.
30 yaşlı oyunçu “köhlən atlar”ın heyətində 7 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.
Qeyd edək ki, “Qarabağ” daha əvvəl kapitanı Maksim Medvedevlə 2 illik yeni müqavilə bağlayıb.
![](https://static.report.az/photo/19ea922b-d10b-306d-a35e-4a6cc186808c_321.jpg)