Qarabağ münaqişəsindən sonrakı vəziyyət BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin gündəmindədir.
Bu barədə QİA.AZ-a nümayəndəlikdən bildiriblər.
Qeyd olunub ki, nümayəndəlik qaçqınların qaytarılmasında oynayacağı rolun müzakirə olunması üçün Azərbaycan hakimiyyəti ilə sıx təmasdadır: “Biz BMT-nin qaçqınların işi üzrə agentliyi olaraq 1990-cı illərdən etibadən regionda qaçqınlara dəstəklə məşğuluq. Mandata uyğun öhdəliklərimizə əsasən, biz münaqişə nəticəsində qaçqın düşmüş şəxslərə, o cümlədən qayıdan məcburi köçkünlərə yerli hökumətlə və maraqlı tərəflərlə sıx təmasda kömək göstərməyə hazırıq”.