Qarabağdakı vəziyyətlə bağlı Moskvada müzakirələr aparılacaq

Noy12,2020

Qarabağdakı vəziyyəti müzakirə etmək üçün ABŞ və Fransa nümayəndələri Moskvaya gələcəklər.

“QİA.AZ” xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərlə görüşü zamanı bildirib:

“Rusiya BMT Təhlükəsizlik Şurasına Dağlıq Qarabağdakı atəşkəs razılaşmasını alqışlamağı təklif edib”.

Xatırladaq ki, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri arasında imzalanmış birgə bəyanatla Qarabağ münaqişəsi bölgəsində hərbi əməliyyatlar dayandırılıb.

Oxşar Xəbərlər