UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” – “Bayer” oyununa bilet satışı davam edir.
“Qafqazinfo” xəbər verir ki, bu saatadək satılan biletlərin sayı açıqlanıb.
Ağdam klubunun yaydığı məlumata görə, dünən saat 12:00-dan indiyədək 27 min bilet sahibini tapıb.
Qeyd edək ki, komandalar arasında ilk matç martın 7-də Bakıda, cavab oyunu isə bir həftə sonra Leverkuzendə olacaq.