Bu ilin noyabr ayının sonuna qədər Azərbaycanın işğaldan azad edilmiş bütün yaşayış məntəqələrinin ümumi planının hazırlanması nəzərdə tutulur.
Bunu “QİA.AZ”a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.
Onun sözlərinə görə, hazırda bütün aidiyyəti orqanlarla bu istiqamətdə müzakirələr aparılır.
“Müzakirələr bütün kommunikasiyalar üzrə gedir. Ümumi planla bağlı noyabrın sonuna qədər dəqiq məlumat verə bilərik”, – deyə o, qeyd edib.