“Qarabağ”ın keçmiş qapıçısı yenidən Portuqaliya klubunda

İyn28,2021

“Qarabağ”ın keçmiş qapıçısı Vaqner da Silva Portuqaliyanın II liqasında çıxış edən “Nasyonal” klubu ilə müqavilə bağlayıb.

QİA.AZ klubun rəsmi saytına istinadən xəbər verir ki, Funşal şəhərinin təmsilçisi 2020/2021 mövsümündə Primeyrada sonuncu yeri tutaraq, aşağı liqaya enib. “Nasyonal” braziliyalı qolkiperin karyerasında Portuqaliyanın üçüncü komandası olacaq. Daha əvvəl 35 yaşlı qapıçı bu ölkədə “Eştoril” və “Boavişta”da çıxış edib.

Qeyd edək ki, Vaqner da Silva “Qarabağ”ın formasını 2018 – 2020-ci illərdə geyinib.

Oxşar Xəbərlər