“Qarabağ”ın legioneri CAR-la oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb

Mar27,2024

“Qarabağ”ın futbolçusu Yassin Benzia Əlcəzair millisində növbəti qollarını vurub.

QİA.az xəbər verir ki, yığma “FIFA series – Edition 2024” layihəsində Cənubi Afrika Respublikası (CAR) ilə üz-üzə gəlib.

Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. Matça start heyətində başlayan Benzia 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 22 və 70-ci dəqiqələrdə fərqlənən oyunçu 53-cü dəqiqədə assist edib.

O, martın 22-də Boliviyaya 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmada da rəqib qapısına yol tapmışdı.

Oxşar Xəbərlər