“Qarabağ”ın legioneri: “Futbol azarkeşlərlə daha gözəldir”

İyl13,2021

“Məşqlər istədiyimiz kimi gedir. Gündən-günə formaya düşürük. Oyun ritmimizə daha çox yaxınlaşırıq”.

QİA.AZun məlumatına görə, bu fikirləri “Qarabağ”ın futbolçusu Patrik Andrade klubun rəsmi saytına açıqlamasında Avstriyadakı təlim-məşq toplanışı barədə danışarkən deyib.

Kabo – verdeli yarımmüdafiəçi bildirib ki, hazırlıq planlaşdırılan şəkildə davam edir: “Komandamızda əla ab-hava var. Bütün futbolçular həvəsli və motivasiyalıdır. Avstriyada iki yoldaşlıq oyunu keçmişik. Bu matçların komandaya faydası çox olacaq. Çatışmayan cəhətlərimizi müəyyənləşdirib, üzərində çalışacağıq. Ümid edirəm ki, rəsmi oyunlara tam hazır olacağıq”.

28 yaşlı oyunçu azarkeşlərin tribunalara qayıtmasına sevindiklərini söyləyib: “Futbol onlarla daha gözəldir. Fanatları qələbələrimizlə sevindirmək üçün bütün gücümüzü ortaya qoyacağıq”.

Oxşar Xəbərlər