“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Ağdam klubunun heyətində çempionatda 50-ci oyununu keçirib.
“QİA.az” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XXV turunun “Zirə” ilə görüşündə reallaşıb.
1:1 hesabı ilə başa çatan görüşdə zədələnərək əvəzlənən qolkiper komandasının formasında yubiley görüşünün iştirakçısı olub.
Ağdam klubunda 2015/216 mövsümündə debüt edən Məhəmmədəliyev 50 matçda 27 top buraxıb. O, klub tarixinə çempionatda 50 və ya daha çox oyun keçirən 62-ci futbolçu kimi düşüb. Təcrübəli qolkiper qapıçılar arasında buna nail olan 5-ci əlcək sahibidir. Onlar arasında rekordçu 135 oyunla Fərhad Vəliyevdir. Camaləddin Əliyev 134, İbrahim Sehiç 119, Namiq Bəşirov 55 dəfə şans qazanıb.