“Qarabağ”ın qapıçısı: “Sabah bizi maraqlı və gözəl oyun gözləyir”

“Sabah bizi maraqlı və gözəl oyun gözləyir. Çünki növbəti mərhələyə vəsiqə qazana bilərik”.

QİA.Az “Report”a istinadən xəbər verir ki , bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov Almaniyada yerli “Bayer 04” komandasına qarşı keçirəcəkləri Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

Rusiyalı qolkiper şansların bərabər olduğunu bildirib:

“Bu, futboldur. Hər iki komandada 11 nəfər oynayır. Sabah əlimizə düşən şansdan istifadə etməyə və öz oyunumuzu sərgiləməyə çalışacağıq”.

Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

Oxşar Xəbərlər