“Qarabağ”ın rəqibi Bakıya ciddi itki ilə gəlir

Avq17,2021

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ”ın qonağı olacaq Şotlandiya Bakıya “Aberdin”i ciddi itki ilə gəlir.

QİA.AZ” klubun rəsmi saytına istinadən xəbər verir ki, uelsli hücumçu Rayan Heces dizindəki zədəyə görə sifariş heyətdən çıxarılıb.

26 yaşlı forvard bu səbəbdən komanda ilə birlikdə Azərbaycan paytaxtına yollanmayıb.

Qeyd edək ki, avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Aberdin” oyunu saat 20:00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra baş tutacaq.

Oxşar Xəbərlər