“Qarabağ”ın rəqibi baş məşqçisi ilə yollarını ayırdı

Dek24,2020
"Qarabağ"ın rəqibi baş məşqçisi ilə yollarını ayırdı

“Qarabağ”ın UEFA Avropa Liqasının I qrupundakı rəqiblərindən İsrailin “Makkabi” (Təl-Əviv) komandası baş məşqçisi Yorqos Donislə yollarını ayırıb.

“QİA.AZ” klubun rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis vaxtından əvvəl postundan göndərilib.

Onun istefaya göndərilmə səbəbi açıqlanmayıb. Təl-Əviv təmsilçisi Donislə yanaşı onun köməkçiləri ilə də vidalaşıb.

Qeyd edək ki, “Makkabi” Avropa Liqasında I qrupunu 11 xalla ikinci pillədə bitirib və 1/16 finala yüksəlib. “Qarabağ” 1 xalla 4-cü ola bilib.

Oxşar Xəbərlər