“Qarabağ”ın sabiq futbolçusu Bolqarıstanın tanınmış klubunda

Fev4,2021
"Qarabağ"ın sabiq futbolçusu Bolqarıstanın tanınmış klubunda

2019/2020 mövsümünün sonunda “Qarabağ”dan ayrılan futbolçu Faysal Rerras klubunu dəyişib.

“QİA.AZ” xəbər verir ki, 28 yaşlı müdafiəçi Mərakeşin “Mouloudia Ucda” klubundan ayrılaraq Bolqarıstan təmsilçisi “Levski”yə (Sofiya) keçib.

Mərakeş əsilli belçikalı oyunçu ilə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Faysal Rerras 2019/2020 mövsümündə “Qarabağ”ın formasını geyinib. “Levski” Bolqarıstan çempionatında 15 xalla 16 komanda arasında 9-10-cu yerləri bölüşdürür.

Oxşar Xəbərlər