Türkiyənin Milli Müdafiə Nazirliyi cümə günü sosial şəbəkələrdə bu yaxınlarda EFES-2024 beynəlxalq təlimlərində iştirak edən Azərbaycan və Türkiyə hərbçilərini əks etdirən “Günün şəkli”ni paylaşıb.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, qardaş ölkənin müdafiə qurumunun sosial şəbəkə hesabı paylaşımı “Güc birlikdədir!” başlığı ilə yayımlayıb.
Nazirlik paylaşımda Türkiyə və Azərbaycanın dövlət bayraqlarının olduğu emojilərdən də istifadə edib.