Qaxda avtomobil təmiri sexində yanğın olub

İyn28,2021

Qax rayonunda yanğın hadisəsi baş verib.

QİA.AZın məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin Əliağa Vahid küçəsində Eyvaz Rəsulova məxsus ümumi sahəsi 45 kvadratmetr olan avtomobil təmiri sexində baş verib.

Yanğın zamanı sexdə təmirdə olan Qax rayon sakini Zaur Abbasova məxsus 55-CB-215 dövlət qeydiyyat nişanlı “VAZ-21011” markalı avtomobil də yanıb.

Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Hadisə nəticəsində sex və içərisindəki avtomobil yanıb. Yaxınlıqda olan ümumi sahəsi 450 kvadratmetrlik obyekt, tikiş sexi, yaşayış binaları və “Azpetrol” yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər