Qaxda koronavirusa görə daha bir məktəb distant tədrisə keçib

Mar29,2021

Qax rayonundakı Zakir Müslümov adına Qum kənd tam orta məktəbi COVID-19 səbəbindən bağlanıb.

“QİA.az”ın məlumatına görə, tədris ocağında koronavirusa yoluxma aşkarlandığından Qax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin qərarına əsasən bağlanıb.

Bildirilib ki, məktəb martın 29-dan iki həftə bağlı qalacaq və tədris distant formada həyata keçiriləcək. Hazırda dərslər onlayn formada keçirilir.

Qeyd edək ki, məktəbdə 243 şagird təhsil alır.

Oxşar Xəbərlər