İdman

Qazaxıstan klubu “Qarabağ”la oyunlar üçün erməni futbolçu sifariş edib

Movavi

Qazaxıstanın “Kayrat” klubu UEFA Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini açıqlayıb.

37 nəfərlik siyahıda Ermənistan millisinin 29 yaşlı yarımmüdafiəçisi Kamo Ovanesyan da yer alıb.

Bundan əlavə, Almatı təmsilçisinin tanınmış braziliyalı futbolçusu Vaqner Lav da iştirak ərizəsinə daxil edilib.

Qeyd edək ki, “Qarabağ” “Kayrat”la ilk matçını oktyabrın 21-də evdə, ikinci oyununu isə noyabrın 4-də səfərdə keçirəcək.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button