Qazaxıstan media və informasiya sahəsində Türk Şurası ölkələri ilə uğurla əməkdaşlıq edir

Apr10,2021

Bu gün Türk Şurasının himayəsi altında siyasi, iqtisadi, mədəni, təhsil və digər sahələrdə fəal əməkdaşlıq həyata keçirilir.

QİA.AZ-ın məlumatına görə, bunu Qazaxıstanın informasiya və ictimai inkişaf nazirinin müavini Asxat Oralov Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında deyib.

Onun sözlərinə görə, türkdilli ölkələrin əməkdaşlığının möhkəmlənməsinə yönəlmiş səylər Qazaxıstanın informasiya siyasətinin inkişafının prioritet addımlarıdır:

“Qazaxıstan media və informasiya sahəsində Türk Şurası ölkələri ilə uğurla əməkdaşlıq edir. Hər il televiziya sahəsində, o cümlədə serial və sənədli film mübadiləsi aparılır ki, bu da ümumi türk mədəniyyətinin və tarixinin populyarlaşmasına yönəlib”.

Oxşar Xəbərlər