Qazaxıstan Prezidenti Ermənistanın Baş naziri ilə görüşüb

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

QİA.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmətinin “X” hesabında paylaşım edilib.

Qeyd edək ki, Qazaxıstan Prezidentinin Ermənistana rəsmi səfəri bu gün başlayıb. Onu İrəvanda Zvartnos hava limanında Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb.

Məlumata görə, Qazaxıstan liderinin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra dövlətlərarası müqavilələr imzalanıb.

İnformasiyaya əsasən, bundan başqa Kasım-Jomart Tokayevin Ermənistan prezidenti Vaaqn Xaçaturyan və parlamentin sədri Alen Somonyanla da görüşəcəyi gözlənilir.

Oxşar Xəbərlər