Qazaxıstan və Azərbaycan İşgüzar Şura yaradır

Sen10,2021

Qazaxıstan və Azərbaycan İşgüzar Şuranın yaradılması barədə razılığa gəlib.

Bunu Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Bakıda ötən gün keçirilmiş iqtisadi əməkdaşlıq üzrə Qazaxıstan-Azərbaycan hökumətlərarası komissiyasının iclasında ticari-iqtisadi, enerji, humanitar əməkdaşlıq, nəqliyyat, təhsil və digər sahələri əhatə edən 17 məsələ müzakirə olunub.

Nazir əlavə edib ki, tərəflər biznesin gücləndirilməsi üçün İşgüzar Şuranın yaradılması və Ticarət evləri vasitəsilə daha fəal işləmək barədə razılığa gəlib:

“Azərbaycan tərəfi Ticarət evləri ilə işə görə şirkətlərin təşviq olunması təklifini irəli sürüb. Protokolda yer alan bütün qərarların icrası konkret nəticələr əldə etməyə imkan verəcək”.

Oxşar Xəbərlər