Qazaxıstanın Jambıl vilayətindəki hərbi hissənin silah-sursat anbarında daha bir partlayışı qeydə alınıb.
“QİA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, xəsarət alan olmayıb.
Qeyd edək ki, avqustun 26-da ölkənin Jambıl vilayətində hərbi hissədə silah-sursat anbarında baş vermiş partlayış nəticəsində 13 nəfər həyatını itirib.