Qazaxıstanda ilin əvvəlindən COVID-19-a 1290 yoluxma halı aşkarlanıb

Qazaxıstanda 2024-cü ilin əvvəlindən bəri koronavirus infeksiyasına (COVID-19) 1290 yoluxma halı qeydə alınıb.

QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC Qazaxıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat verir ki, koronavirusdan ölüm halları baş verməyib.

Monitorinqlər göstərir ki, hazırda ölkədə tənəffüs yolları viruslarının, o cümlədən koronavirus infeksiyasının yayılması müşahidə olunur.

“Dünyada olduğu kimi, Qazaxıstanda da 100 faiz hallarda Omikron variantının müxtəlif ştammları dövr edir”, – deyə nazirlikdən bildirilib.

Həmçinin qeyd olunub ki, koronavirus xəstəliyi əksər hallarda yüngül formada keçir.

Oxşar Xəbərlər