Qazaxıstanda koronavirusa daha 7 348 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 7 348 yoluxma halı qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 723 064, ölənlərin sayı isə 8 106 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 5 886 nəfər, hazırkı dövrədək isə 597 850 nəfər sağalıb.

Oxşar Xəbərlər