Qazaxıstanda təlim uçuşları zamanı SU30-SM qırıcısı eniş edərkən qəzaya uğrayıb.
QİA.AZ RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə Balxaşdakı (Karaqanda vilayəti) aviasiya mərkəzinin ərazisində baş verib: “Heyət nəfərləri katapult ediblər, hazırda həkim nəzarəti altındadırlar. Hadisə yerinə xüsusi komissiya göndərilib”.