Qazaxıstanda Xəzərin su səviyyəsinin azalması problemi öyrəniləcək

Qazaxıstanın Su Ehtiyatları və İrriqasiya Nazirliyi ilin əvvəlində yaradılmış Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti barədə məlumat verib.

QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC nazirliyin mətbuat xidmətinə istinadən məlumat verir ki, Aktau şəhərində institutun fəaliyyəti üçün bina ayrılıb və hazırda qurumun avadanlıqla təchiz edilməsi və maliyyələşdirilməsi işləri aparılır.

İnstitut Xəzər dənizinin ekoloji problemlərini, su səviyyəsinin azalması məsələsini, suitilərin və balıqların kütləvi tələf olmasının səbəblərini, Xəzər suitisinin populyasiyasının qorunması məsələlərini, Xəzərin akvatoriyasını və sahil zonasını öyrənəcək.

Oxşar Xəbərlər