Qazaxıstanın bütün regionlarında koronavirusun “Delta” ştammına yoluxma halları qeydə alınıb.
QİA.AZ-ın “Kazinform”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, Qazaxıstna “Delta” ştammının təyin edilməsi məqsədilə iyulun 1-i 414 nümunənin PZR skrininqi həyata keçirilib.
Bildirilir ki, nümunələrdən 43,3 faizində (ölkənin bütün vilayətləri və Nur-Sultan, Almatı, Çimkənd şəhərlərində) “Delta” ştammına rast gəlinib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı 96 ölkədə koronavirusun “Delta” ştammının aşkarlandığını təsdiq edib.