QHT sədri: Qazaxın 4 kəndinin qaytarılması diplomatik müstəvidə əldə edilmiş növbəti uğurdur

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi diplomatiyanın növbəti uğuru Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağı tərk etməsindən sonra bir güllə belə atılmadan Qazaxın 4 kəndinin qaytarılmasıdır. Bununla da biz diplomatik müstəvidə əldə edilmiş növbəti uğurların şahidi olduq.

QİA.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov deyib.

QHT sədri bildirib ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə keçirilən səkkizinci görüş öz müsbət nəticəsini verib.

“Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması ilə razılaşmanın əldə olunması çox mühüm hadisə idi. Ən əhəmiyyətlisi də odur ki, Azərbaycan ilə Ermənistan arasında delimitasiya prosesi çərçivəsində bir qarış da olsun torpağımız qarşı tərəfə güzəştə gedilmədi. Ərazilərimizin Ermənistan işğalından azad olunması ilə Azərbaycanın ərazi bütövlüyü təmin olunur və regionda daimi sülhə zəmanət verilir”, – deyə Ayaz Hüseynov vurğulayıb.

Oxşar Xəbərlər