Qırğızıstan prezidenti Tacikistanla sərhəddə insidentə görə müşavirə keçirib

Apr29,2021

Qırğız Respublikasının prezidenti Sadır Japarov Tacikistanla sərhəddəki hadisəyə görə hökumət üzvləri ilə əməliyyat müşavirəsi keçirib.

“QİA.az” “24.kg”yə istinadən xəbər verir ki, bu barədə Qırğız Republikası prezidentinin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, güc strukturlarının başçıları prezidenti hadisə ilə bağlı məlumatlandırıb.

Qırğızıstan tərəfi Tacikistan hərbçilərini minatan və pulemyotdan atəş açmaqda ittiham edir.

Sadır Japarovun Tacikistan prezidenti Emamoli Rahmanla telefonla danışacağı gözlənilir.

Qeyd edək ki, Qırğız Respublikası ilə Tacikistanın dövlət sərhədində baş verən atışma nəticəsində 15 nəfər yaralanıb.

Oxşar Xəbərlər