Qırğızıstan-Tacikistan sərhədində yenidən atışma başlayıb.
“QİA.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Batken vilayətinin daxili işlər idarəsi məlumat yayıb.
İki ölkənin sərhədində vəziyyət aprelin 28-də kəskinləşib. Belə ki, ərazidə yerləşən “Qolovnoy” supaylama stansiyası yaxınlığındakı qırğız və tacik kəndlərinin sakinləri arasında qarşıdurma yaranıb. Qeyd edək ki, tərəflərdən hər biri supaylama stansiyasının ərazisinin özünə məxsus olduğunu iddia edir.
Aprelin 29-da isə Qırğızıstan və Tacikistan hərbçiləri arasında silahlı toqquşma baş verib. Hər iki tərəfdən 20 nəfərin öldüyü bildirilir.