Qırğızıstanın Azərbaycana yeni səfiri təyin edilib

İyn24,2021

Qırğızıstan prezidenti Sadır Japarovun Fərmanı ilə Kayrat Osmanaliyev bu ölkənin Azərbaycandakı səfiri təyin edilib.

QİA.AZ Qırğızıstan prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Kayrat Osmanaliyev 2016-cı ildən Qırğızıstanda Seçkilər və referendumlar üzrə mərkəzi komissiyanın üzvü olub.

Bundan başqa o, Qırğızıstan Xarici işlər nazirliyinin Diplomatik Akademiyasının prorektoru işləyib.

Oxşar Xəbərlər