Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi komanda Xorvatiyanın Osiyek şəhərində Slovakiya seçməsi ilə qarşılaşıb.
Qradski tədris və idman zalında reallaşan görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün eyni məkanda Xorvatiya yığmasına 3:0 hesabı ilə qalib gəlib.

