Qlobal Bakı Forumunun bir qrup iştirakçısı Şuşaya yola düşüb

COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunun bir qrup iştirakçısından ibarət nümayəndə heyətinin Şuşa şəhərinə səfəri təşkil olunub.

Füzuli Beynəlxalq Hava Limanına gedən nümayəndə heyəti oradan avtobuslarla Şuşaya yola düşüb.

Şuşaya səfər çərçivəsində qonaqlar tarixi, mədəni və dini abidələri ziyarət edəcək, Şuşada aparılan bərpa-yenidənqurma işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, 4-6 noyabr tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu keçirilib.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak ediblər.

Oxşar Xəbərlər