Qlobal müdafiə xərcləri ilk dəfə olaraq 2023-cü ildə iki trilyon dolları keçib.
Bu barədə ABŞ-nin müdafiə texnologiyaları konsaltinq şirkəti “Forecast International”ın hesabatında bildirilir.
Qeyd olunur ki, müdafiə xərcləri il ərzində 10,4% artıb.
Hərbi ehtiyaclara ayrılan xərclərin 2,12 trilyon dollara yüksəlməsinin səbəbləri arasında Ukrayna və Qəzza zolağındakı münaqişələr, Qırmızı dəniz regionunda vəziyyətin gərginləşməsi kimi amillər var.
Bundan əlavə, ekspertlər 2030-cu ilə qədər müdafiə xərclərinin daha da artacağını istisna etmirlər.
Mənbə: Defence One