Baku TV-nin “O vaxtlar” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayında Qobu sakini Ramiz Məmmədov ailə dəyərlərindən söz açıb.
O, uğurlu nikahın sirrini valideynlərin seçimi ilə ailə qurmaqda görür:
“Seçimi bizim üçün həmişə valideynlər edib. Onlar heç vaxt övladının pisliyini istəməz. Mən həyat yoldaşımı toy gecəsi gördüm. Gənclik sevgisi müvəqqəti xarakter daşıyır, insanda əvvəlcə üç-beş il ehtiras olur, sonra sönür. Buna görə də valideynlərin seçimi daha məqbuldur”.