Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qanunsuz olaraq tikinti işlərinin aparılması faktını aşkar edib.
Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikili sökülüb.