Qoşulmama Hərəkatının Gənclər Təşkilatının üzvü: Seçkilər çox yaxşı təşkil olunub

Bu gün biz parlament seçkiləri ilə bağlı bir neçə məntəqəyə baş çəkdik. Ümumilikdə seçkilərin çox yaxşı təşkil olunduğunu qeyd edə bilərəm.

QİA.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində beynəlxalq müşahidəçi, Qoşulmama Hərəkatının Gənclər Təşkilatının Fici Respublikasından olan üzvü Navalkula Joana Tupou deyib.

O bildirib ki, seçkilərin dinc və şəffaf keçirilməsi ölkənin bu prosesə necə ciddi yanaşdığının göstəricisidir. “Çoxsaylı gənclərin səsvermədə iştirakı isə olduqca vacib məqamdır. Gənclər siyasi cəhətdən maraqlı olmalıdırlar, çünki sabahın liderləridirlər. Mən seçki prosesini müşahidə edən zaman hər iki ölkənin – Azərbaycan ilə Ficinin oxşar və fərqli cəhətlərini müəyyən etdim. Burada şahidi olduğum yenilikləri öz ölkəmdə də tətbiq etmək üçün təkliflər verəcəyəm. Təşkilatçılığın yüksək səviyyədə olduğunu xüsusi vurğulamaq istəyirəm”, – deyə beynəlxalq müşahidəçi əlavə edib.

Oxşar Xəbərlər