Qubada 8 yaşlı uşağı maşın vurub

İyl13,2021

Qubada azyaşlını avtomobil vurub.

QİA.AZın məlumata görə, hadisə rayonun Püstəqasım kəndində qeydə alınıb.

2013-cü il təvəllüdlü Seymur Mahir oğlu Sədullayevi minik avtomobili vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib, ona ilkin tibbi yardım göstərilib və vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər