Qubada ağır yol qəzası, ölənlər var

Avq25,2021

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Quba rayonu, Alekseyevka kəndində “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxşar Xəbərlər