Qubada II Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilir

May21,2024

Bu gün Qubada II Azərbaycan-Özbəkistan Regionlararası Forumu başlayıb.

QİA.az məlumatına görə, Azərbaycan-Özbəkistan Regionlararası Forumu Azərbaycanın İqtisadiyyat və Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə baş tutur.

Hər iki ölkədən dövlət qurumları və özəl sektoru təmsil edən nümayəndələrin iştirak edəcəyi forumda Azərbaycan-Özbəkistan regionlararası əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları nəzərdən keçiriləcək, ölkələrin işgüzar mühiti, investisiya layihələri barədə təqdimatlar, həmçinin Azərbaycan-Özbəkistan İşgüzar Şurasının 4-cü iclası keçiriləcək. Tədbir çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, I Regionlararası Forum ötən ilin fevralın 24-də Özbəkistanın paytaxtı Daşkənddə keçirilmişdi.

Oxşar Xəbərlər