Hadisə

Qubada iki mərtəbəli evdə yanğın başlayıb

Movavi

Qubanın Güləzi kəndində altı mal tövləsi, üstü yaşayış otaqları olan iki mərtəbəli binada yanğın başlayıb.”QİA.AZ“ın Şimal bürosunun verdiyi məlumata görə, yanğın kənd sakini Aydın Kamal oğlu Eyyubova məxsus evdə qeydə alınıb.Yanğın artıq yaxınlıqdakı 1 000 ədəddən çox quru ot bağlamalarına da keçib. Qeyd edək ki, evdə 7 nəfərdən ibarət – nənə, baba, oğul, gəlin və 3 azyaşlı ailə yaşayır.Hadisə yerinə Quba Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb olunub, yanğının söndürülməsi istiqamətində işlər aparılır. Faktla bağlı araşdırma aparılır.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button