Qubada ikimərtəbəli ev yanıb, xəsarət alanlar var

İyn25,2021

Qubada baş verən yanğın nəticəsində ev sakini və orada kirayədə yaşayan qadın xəsarət alıb.

“QİA.az”ın məlumatına görə, hadisə rayonun Zərqova kəndində qeydə alınıb.

Tərlan Şirzad oğlu Əhmədova məxsus 2 mərtəbəli evin yanar konstruksiyaları və əşyaları yanıb.

Yanğın zamanı ev sahibi T.Əhmədov və orada kirayənişin yaşayan Cəfərova Könül Mirdamət qızı müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onlar Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər